Macar rejissoru Gənc Tamaşaçılar Teatrında \"master klass\" keçib - FOTO
Beynəlxalq teatr əlaqələrinin yaradılması və genişləndirilməsinə böyük əhəmiyyət verən, maraqlı səhnə əsərləri və teatr layihələri ilə çıxış edən Gənc Tamaşaçılar Teatrı bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, teatrın növbəti əcnəbi qonağı Macarıstanın təcrübəli teatr rejissoru, Alternativ və Müstəqil Teatr Assosasiyasının prezidenti Hudi Laszlo olub.
SİA-nın məlumatına görə, Hudi Laszlo teatrın aktyor və rejissor heyətinə \"master klass\" keçib. Direktor, əməkdar artist Mübariz Həmidov qonağa Gənc Tamaşaçılar Teatrı, onun tarixi, həyata keçirdiyi repertuar siyasəti, ölkə prezidentinin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət proqramının əhəmiyyəti və ölkədə fəaliyyət göstərən dövlət teatrlarının dünya teatr məkanına inteqrasiyası haqqında ətraflı məlumat verib.
Teatrın quruluşçu rejissoru Nicat Kazımovun səhnə tərtibatı və quruluş verdiyi Rumın şair, dramaturq və jurnalisti Mate Vişneçin "Qoca kloun tələb olunur" tamaşasının məşqlərində iştirak edən Hudi Laszlo səhnə əsəri haqqında mülahizələrini dilə gətirib.
Ölkəmiz haqqında fikirlərini bölüşən qonağın sözlərinə görə, Bakıda ilk dəfə olmasına baxmayaraq insanların isti münasibəti onda xoş təəssüratlar yaradıb. Səhnə əsərinə gəlincə isə Hudi Laszlo qısa zaman kəsiyində hazırlanan tamaşanın peşəkar kollektivin uğuru kimi qiymətləndirib.
Alternativ və Müstəqil Teatr Assosasiyasının prezidentinin paytaxt və bölgə teatrlarının məşqlərində iştirakı nəzərdə tutulur. Bundan başqa, Hudi Laszlo Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələr üçün də treninqlər keçəcək. O, bilgi və təcrübəsini gənc həmkarları ilə bölüşəcək.
Məlumat üçün bildirək ki, Hudi Laszlonun rəhbəri olduğu teatr təxmini olaraq 50 dəfədən çox xarici ölkədə qastrol səfərində olub. Onların repertuarında ən çox uğur qazanan tamaşalar sırasında \"Janna Dark\" (1995), \"Romeo və Cülyetta\" (1996), \"Albalı bağı\" (1998), \"Kişi faciəsi(2000), "Don Juan\" (2001) və digərləri var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB