EMİNin yeni hiti Rihannanın mahnısını geridə qoydu - VİDEO

EMİNin yeni "Baby get higher" mahnısı dünya şöhrətli ulduzlar Rihanna və Coldplayin yeni hitlərini ötüb keçərək Böyük Britaniya radiolarında hit-paradları partladır. SİA-nın məlumatına görə, bəstəkar-müğənninin rəsmi internet saytına istinadən verilən məlumata görə, hit-parada ilk dəfə 40 nömrə altında daxil olan mahnını bir həftə ərzində 18 milyon dinləyici dinləyib. Bununla da "Baby get higher" hit statusunu möhkəmlədib. Mahnı EMİNin 26 mayda Bakıda keçiriləcək "Eurovision 2012"nin müsabiqəsində çıxışı ərəfəsində bu mövqedə durmayaraq hit-paradda yüksəlməkdə davam edir.


Radionun ən məşhur müğənnilərindən olan və Böyük Britaniyanı "Only Love Will Set You Free" mahnısı ilə "Eurovision"da təmsil edəcək Englebert Humperdink hal-hazırda radionun hit-paradında 49-cu yerdədir.


EMİNin prodüseri Brian Rawling, "biz çox şadıq ki, mahnı Böyük Britaniyada hit olur", - deyə şərh verib.



Bütün xəbərlər Facebook səhifəmizdə