Kiprin \"Eurovision 2012\" təmsilçisinin səhnədəki heyəti açıqlanıb
Kiprin \"Eurovision 2012\" təmsilçisi İvi Adamounun səhnədəki heyəti açıqlanıb. SİA-nın məlumatına görə, səhnədə İvi ilə birgə daha beş nəfər olacaq. Bu heyətdə vokal ifaçı Byorn Düpstrem (müsabiqə mahnısının müəlliflərindən biri), rəqqasələr Tatyana Demetriadis və Olqa Piaki, rəqqas/vokal ifaçı Viktoriya Teylor və Viveka Hartmann Knudsen çıxış edəcək.
Kiprin \"Bakı Kristal Zalı\"ndakı şousunun rejissoru Apollo Papateoxaris, xoreoqrafı Xali Cenninqs, vokal üzrə müəllim Helena Patroklus, səhnə geyiminin dizayneri Fani Ksenofonos, qrim ustası Qreqori Pirpilis, stilisti Notis Panayotur.
Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsi 2012-nin hər üç şousunu ölkənin \"RIK Ena\", \"CyBC\", \"RIK HD\" telekanalları yayımlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB