Tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi, əməkdar incəsənət xadimi Eldar Mansurov bu yaxınlarda dünyamiqyaslı \"Universal Music Publishing Group\"şirkətinin Türkiyə üzrə təmsilçisi \"Universal Music Taxim Edition\" ilə əməkdaşlıq sazişi bağlayıb.
ABİ-dən SİA-ya verilən məlumata görə, \"Universal Music Publishing Group\"dünyanın ən böyük musiqi naşiridir. Onun Türkiyədə fəaliyyət göstərən \"Universal Music Taxim Edition\"şöbəsi bəstəkarın musiqisini Türkiyədə və onun hüdüdlarından kənarda təbliğ etməklə yanaşı, həm də onun maraqlarını təmsil edəcək.
Qeyd edək ki, \"Universal Music Taxim Edition\" müxtəlif prodüser şirkətlərində, televiziya kanallarında, reklam agentliklərində, səsyazma şirkətlərində istifadə etmək üçün bütün janrlara aid musiqiləri təqdim etmək hüquqlarına da malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB