Danimarka təmsilçisi mayın 13-də Bakıya gəlir

Danimarkanın builki \"Eurovision\" təmsilçisi Soluna Samayı \"Bakı Kristal Zalı\" səhnəsində bir barabançı, skripkaçı və pianoçu ilə yanaşı, 2 vokalçı da müşaiyət edəcək. SİA-nın məlumatına görə, müğənninin bek vokalçılarından biri 25 yaşlı Barbara Molekodur. Mozambikdə dünyaya gələn bu ifaçının özünün də kifayət qədər geniş tamaşaçı auditoriyası var.


Danimarkanın müabiqəsindəki nümayəndə heyəti mayın 13-də Azərbaycana yola düşəcək. Onlar Azərbaycanın tarixi barədə məlumat əldə edə bilmək üçün bir neçə ekskursiya da planlaşdırırlar. Danimarka təmsilçisi səfər ərəfəsində \"Should\'ve Known Better\" adlı müsabiqə mahnısına yeni klip çəkilişlərinə başlayıb. Solunanın klipdəki əsas \"tərəf müqabilləri\" Harald adlı at və çox qədim və yaşlı bir ağac olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...