Slovakiya təmsilçisi müsabiqə mahnısını 7 dərəcə şaxtada ekranlaşdırıb

Slovakiya təmsilçisi müsabiqə mahnısını 7 dərəcə şaxtada ekranlaşdırıb
Slovakiya \"Eurovision 2012\"də hard-rok janrında mahnı təqdim edəcək yeganə ölkədir. SİA-nın məlumatına görə, ölkə təmsilçisi Max Jason müsabiqəyə sayılı günlər qalmış Mai \"Dont Close your Eyes\" mahnısının yeni klipini təqdim edib.


Klip 7 dərəcə şaxtada çəkilib. Soyuq hava şəraitindəki çəkiliş günlərindən sonra yaradıcı heyətin hamısı xəstələnib və xəstəxanaya yerləşdirilib. Klip sevgi hekayəsindən bəhs edir.


Bütün xəbərlər Facebook səhifəmizdə