Ulu Öndərin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş inşa müsabiqəsinin təltifetmə mərasimi keçirilib - FOTOSESSİYA

Ulu Öndərin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş inşa müsabiqəsinin təltifetmə mərasimi keçirilib - FOTOSESSİYA

Bu gün "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-İnformasiya fakultəsi ilə birgə təşkil etdiyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş məqalə müsabiqəsinin təltifetmə mərasimi keçirilib.

SİA-nın xəbərinə görə, tədbirdə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Həbib Misirov, millət vəkilləri Fəzail Ağamalı, Cavid Qurbanov, Jalə Əliyeva və başqaları iştirak edib.

Daha sonra tədbirdə Ümummilli Liderə həsr edilmiş videoklip nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Həbib Misirov tədbir haqda danışıb: "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi mütəmadi olaraq ulu öndər irsinin öyrənilməsi və gənc nəslə aşlanması istiqamətində silsilə işlər görməkdədir".

Qeyd edək ki, mərasimdə inşa müsabiqəsi qaliblərinə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən pul mükafatları, hədiyyələr və təşəkkürnamə diplomları verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə