“Azərbaycan miniatür sənəti: ənənə və müasirlik”-FOTOSESSİYA

“Azərbaycan miniatür sənəti: ənənə və müasirlik”-FOTOSESSİYA

Dünən Xətai Sənət Mərkəzinin Miniatür Sənəti Qalereyasında "Azərbaycan miniatür sənəti: Ənənə və müasirlik" adlı sərgi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, xalq rəssamı Arif Hüseynov, sənətşunaslıq doktoru Cəmilə Həsənzadə və bir çox ziyalılar iştirak edib.


Mərasimində açılış nitqi ilə mərkəzin bədii rəhbəri Afir Hüseynov çıxış edib. Rəssam sənət qalereyasından söz açaraq sərginin mövzusu ilə də qonaqları agah edib: "Miniatürün bədii ənənələrinə Azərbaycanda inkişaf edən və nümunələri bizim dövrə gəlib çatan digər sənət növləri, çoxlarının düşündüyü kimi təkcə kitab qrafikası daxil deyil. Burada əsl əl işləri var. İndi istedadlı gənclərimiz da çoxalıb".


Foto müəllifə məxsusdur


Bütün xəbərlər Facebook səhifəmizdə