Gənc Tamaşaçılar Teatrında Şuşanın işğalı ilə bağlı tədbir olacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar tədbir və sərgi keçiriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şuşanın işğalı günü, yəni mayın 8-də teatrda yazıçı-publisist Vaqif Əlixanlının "Hardasan oğul" əsəri əsasında səhnələşdirilən "Əcəl atı" tamaşası nümayiş etdiriləcək.


Həmin gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə teatrın foyesində işğala həsr olunmuş sərgi nümayiş etdiriləcək. Qarabağ həqiqətləri, Dağlıq Qarabağın mühüm hərbi-strateji məntəqəsi olan Şuşanın ermənilər tərəfindən dağıdılan, xarabazarlığa çevrilən məkanları foto-sərgidə öz əksini tapacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə