Rəsm əsəri satış qiymətinə görə rekord vurdu - FOTO

Norveç rəssamı Edvar Munkun "Qışqırıq" əsəri rekord qiymətə - 119,9 milyon dollara satılıb. Bu qiymət indiyədək hərraclarda rəsm əsərləri üçün müəyyənləşdirilən ən böyük məbləğdir.


Xarici media xəbər verir ki, Munkun "Qışqırıq" silsiləsindən sayılan dörd rəsmindən birini hərraca çıxaran norveçlidir və o, rəssamın dostunun oğludur. Şəkli alanın kimliyi isə sirr saxlanılır.


Maraqlıdır ki, "Qışqırıq" əvvəlcə 80 milyon dollar dəyərində qiymətləndirilib. Hərracın başlanmasına cəmi 12 dəqiqə qalmış bu rəqəm 119,9 milyona yüksəlib.


Qeyd edək ki, haqqında bəhs edilən rəsm əsəri dünyanın ən tanınan sənət nümunələrindən sayılır. "Qışqırıq" silsiləsindən olan əsərlər toplusunu Munk 1893-1910-cu illər arasında yaradıb.


Onu da deyək ki, norveçli rəssamın əl işi Pablo Pikossonun 2010-cu ildə 106,5 milyon dollara satılmış "Soyunmuş yaşıl yarpaqlar və heykəl" əsərininin müəyyənləşdirdiyi rekordu artıqlaması ilə təzələmiş olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...