Gənclər “Step in Box” aksiyası ilə “Eurovision-2012” təmsilçilərinə məktub göndərə biləcəklər
Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi çərçivəsində gəncləri fəallaşdırmaq məqsədi ilə yaradılan "Step In!" gənclərin təşəbbüs qrupu (www.stepin.az) "Step in Box" (www.box.stepin.az) aksiyasına start verib.
SİA-nın məlumatına görə, "Step in Box" aksiyası ilə gənclər "Eurovision-2012" mahnı müsabiqəsində müxtəlif ölkələrin təmsilçilərinə məktub göndərə biləcəklər. Bunun üçün "Eurovision- 2012" həyəcanını ifaçılarla birgə yaşamaq, öz ürək sözlərini onlarla bölüşmək üçün məktub yazaraq "Step in Box" logolu qutuya salmaq kifayətdir. Məktublar "Step In!" fəalları tərəfindən toplanaraq ünvanına çatdırılacaq.
Aksiya çərçivəsində Bakı, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində ümumilikdə 40-dan artıq xüsusi poçt qutuları müəyyən yerlərdə ("Park Bulvar", biznes mərkəzləri, universitetlər və s.) yerləşdirilib.
"Step in Box" qutularının dəqiq ünvanını http://box.stepin.az/map.html səhifəsinə daxil olmaqla öyrənmək mümkündür. Həmçinin www.box.stepin.az ünvanına daxil olmaqla, elektron məktub yazmaq da mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB