Engelbert Hamberdink 76 yaşını qeyd edib

Engelbert Hamberdink 76 yaşını qeyd edib
\"Eurovision- 2012\"nin ən yaşlı iştirakçısı Engelbert Hamperdink musiqi karyerasının məhz bu çağında ölkəsini təmsil etmək şərəfinə nail olmaqdan qürur duyur. SİA-nın məlumatına görə, müğənni 76 yaşını qeyd edib.


\"Eurovision səhnəsinə çıxmaq üçün özümdə böyük enerji hiss edirəm. Məncə müsabiqə bu il hər zamankından daha çox zövq verəcək. Şadam ki, musiqi karyeramın yüksəliş dövründə ölkəmi bu müsabiqədə təmsil edirəm. 45 illik sənət təcrübəm var. Mən onu şounun gənc iştirakçıları ilə bölüşməyə hazıram\",- deyə 76 yaşlı Engelbert bildirib.


Mayın 2-də 76 yaşını Los Ancelesdə qeyd edən Engelbert Hamperdink Azərbaycana hazırlaşır. \"Bakıya gedəcəyim üçün çox məmnunam. Səbirsizliklə bu səfəri gözləyirəm\" - deyən Böyük Britaniya təmsilçisi \"Bakı Kristal Zalı\" səhnəsindəki ilk məşqini möhtəşəm final şousundan bir həftə əvvəl, mayın 19-da edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə