Anri Joxadze Bakı səhnəsində tək olmayacaq

Anri Joxadze Bakı səhnəsində tək olmayacaq
Gürcüstanın ictimai yayımçısı Anri Joxadzeni Eurovision Mahnı Müsabiqəsi 2012-də \"Bakı Kristal Zalı\"nda müşaiyət edən artistlərin adını açıqlayıb. SİA-nın məlumatına görə, mayın 24-ü şounun ikinci yarımfinalında səhnəyə çıxacaq müğənnini həm Gürcüstanda, həm də Avropada tanınan rəqqasə Salome Chachua müşaiyət edəcək.


Bek vokalçılar (back vokal) isə Veriko Turashvili, Nino Dzotsenidze, Nini Sermadini və Magda Joxadzedir (Anrinin bacısı). Anrinin səhnədəki performansına Lasha Oniani quruluş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə