İsrailin “Eurovision-2012”-yə üzvlüyünün 40 illiyinə həsr olunmuş konserti keçirilib

İsrailin “Eurovision-2012”-yə üzvlüyünün 40 illiyinə həsr olunmuş konserti keçirilib

Qüdsdə İsrailin "Eurovision-2012" mahnı müsabiqəsi üzrə milli yayımçısı "İBA" telekanalının Avropa Yayımları Birliyinə (EBU) üzvlüyünün 40 illiyinə həsr olunmuş xüsusi konserti keçirilib. SİA-nın eurovision.az saytına istinadən xəbər verir ki, tədbir Qüds Teatrında olub. Xatırladaq ki, "Eurovision" mahnı müsabiqəsi 1998-ci ildə məhz bu məkanda keçirilib.

Tədbir "Eurovision" mahnı müsabiqəsinin himninin səsləndirilməsi ilə başlayıb. Yubiley tədbirində ölkənin opera müğənniləri, həmçinin İsrailin müxtəlif illərdəki "Eurovision" təmsilçiləri - Ilanit (1973), Izhar Cohen (1978), Dana International (1998, 2011) çıxış edib.

Müxtəlif illərdə İsraili bu müsabiqədə təmsil edən iştirakçılar "Eurovision" səhnəsində ifa olunan mahnıları səsləndiriblər. Konsertdə "Eurovision" mahnıları ölkənin vokalçılarının ifasında klassik üslubda səslənib. Tədbirin sonunda bütün iştirakçılar "Halleljah of Galy Atary" mahnısını birgə ifa ediblər.

Qeyd edək ki, İsrail "Eurovision" mahnı müsabiqəsində 40 il təmsilçiliyi ərzində üç dəfə qalib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə