Makedoniya təmsilçisi \"Sarı gəlin\" mahnısından təsirlənib

\"Səbirsizliklə Azərbaycanı görməyi gözləyirik. Mən çox xoşbəxtəm ki, məhz sizin ölkənizdə keçirilən Eurovision şousunun bir hissəsiyəm. Mən çox gözəl və xüsüsi bir şou gözləyirəm\" - bunu Makedoniyanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi Kaliopi eurovision.az saytına müsahibəsində deyib.

SİA-nın adıçəkilən sayta istinadən verdiyi məlumata görə, Kaliopi Azərbaycanın musiqisi ilə tanış olduğunu deyib və \"Sarı gəlin\" mahnısının onu çox təsirləndirdiyini bildirib. \"Mən bu mahnının tarixi ilə maraqlandım. Onun çox maraqlı tarixi olduğunu öyrəndim. Bu, Romeo və Culyettanın hekayəti qədər dramatikdir.\"

Kaliopi Bakıda səhnəyə çıxmamışdan əvvəl Azərbaycanlılarla mütləq nərd oynayacağını da deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...