\"Eurovision-2012\"nin Azərbaycandakı Rəsmi Fan Klubu yeni foto müsabiqə elan edib
Eurovision Mahnı Müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubunun facebook səhifəsində \"Xoşbəxt Ailə\" adlı yeni foto müsabiqəyə start verilib. SİA- nın məlumatına görə, müsabiqədə iştirak etmək üçün [email protected] ünvanına müraciət göndərilməlidir.
Müsabiqənin şərtlərinə əsasən, şəkildə ailə tablosu əks olunmalıdır və şəkil heç bir qrafik proqramda redaktə olunmamalıdır. Həmçinin, şəkilin ideya müəllifi ailə üzvlərindən biri olmalıdır. Fotonun çəkilişində professional fotoqrafların xidmətindən istifadə edilməməlidir.
Qaliblər münsiflər heyəti tərəfindən təyin olunacaq. Qalib gələn şəxslər mükafatları əldə etmək üçün şəxsiyyəti vəsiqəsi və nikah haqqında şəhadətnaməni təqdim etməlidirlər. Qaliblərə aşağıdakı mükafatlar nəzərdə tutulur.
I yer - 1500 AZN-lik hədiyyə kuponu
II yer - 1000 AZN-lik hədiyyə kuponu
III yer - 700 AZN-lik hədiyyə kuponu
Şəkillərin qəbulu mayın 14-nə kimi davam edəcək. Qaliblər mayın 15-i, Beynəlxalq Ailə günündə mükafatlandırılacaq və Eurovision Mahnı Müsabiqəsinin rəsmi Fan Klubunun facebook səhifəsində elan ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB