Azərbaycanın xalq artisti Yaşar Nurinin Türkiyədə müalicəsi davam etdirilir. Aktyorun ailə üzvləri mətbuata aşıqlamasında bildirib ki, Yaşar Nurinin səhhətinin yaxşılaşması üçün həyata keçirilən müalicə kursunun 6-sı qalıb: "Lazımi müalicə davam edir və bu proses bitdikdən sonra ümumi nəticəyə baxılacaq, bundan sonra yeni üsulların tətbiqinə qərar veriləcək. Yaşar artıq uzanmaqdan yorulub və gəzmək istəyir. Onun hərəkət edə bilməsi üçün güclü fizioterapiya kursu həyata keçirilir. Mənim köməyimlə ayağa durur və bir az gəzir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB