Albaniyanı Eurovision 2012-də təmsil edəcək Rona Nişliu müsabiqə öncəsi tanıtım turunu başa çatdırıb. SİA eurovision.az saytına istinadən xəbər verir ki, artıq təmsilçi üçün prioritet məsələ Bakıya səfərdir.
Qeyd edək ki, Macarıstan Rona Nişliunun müsabiqə öncəsi son dayanacağı olub. O, tanıtım turu çərçivəsində televiziya kanallarında müsabiqə mahnısı ilə çıxış edərək yarışma öncəsi hazırlıqlarını tamaşaçılarla bölüşüb.
Qeyd edək ki, Rona Nişliu mayın 22-də keçiriləcək birinci yarımfinalda \"Suus\" adlı mahnıyla çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB