Xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımov Fransada konsert proqramı ilə çıxış edəcək. Bu barədə SİA-ya xanəndənin qızı Fərqanə Qasımova açıqlamasında bildirib.
Onun sözlərinə görə, iyulun 10-dan 15-dək Fransada səfərdə olacaq xalq artisti səhnəyə birgə çıxacaqlar. Hazırda konsert üçün məşqlər başlanıb. Konserti Özbəkistan əsilli Fehruz Nişanovanın rəhbərlik etdiyi "Ağaxan" musiqi fondu təşkil edir.
Qeyd edək ki, xalq artistinin sonrakı səfəri İngiltərəyə və Polşaya olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB