Ani Lorak: \"Avropalılar gördüklərinə yaxşı mənada heyran olacaqlar\"
\"Artıq hiss edirəm ki, Azərbaycanın ev sahibliyi etdiyi Eurovision Mahnı Müsabiqəsində inanılmaz bir şou olacaq. Buraya gələn bütün avropalılar gördüklərinə yaxşı mənada heyran olacaqlar\". Bunu eurovision.az saytına eksklüziv müsahibəsində Ukraynanın xalq artisti, 2008-ci ildə Eurovision Mahnı Müsabiqəsinin ikincisi olan Ani Lorak deyib.
SİA-nın adıçəkilən sayta istinadən verdiyi məlumata görə, Bakıdakı müsabiqə əhval ruhiyyəsindən riqqətə gələn müğənni birbaşa səhnədən Bakıya sevgisini etiraf edib. \"Burada nə qədər pərəstişkarımın olduğumu gördüm. Təbii ki, öz sevgimi onlarla paylaşmaq istərdim. Bakıda növbəti dəfə solo konsertlə çıxış etmək arzusundayam. Əlbəttə, buna görə də yenidən Bakıya gələcəyəm\".
Bu yaxınlarda qız övladını dünyaya gətirən müğənni gələcək planlarından da söhbət açıb: \"İlin sonunadək yeni musiqi albomumu təqdim etmək niyyətindəyəm. Qarşıda İqor Krutoyun dəvəti ilə Yurmalaya səfərim də olacaq. Hazırda ora hazırlaşıram. Təbii ki, yeni klip, təzə mahnılar da gözləyin\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB