Eurovision mahnı müsabiqəsinin maraqlı tarixi- VİDEO

Eurovision mahnı müsabiqəsinin maraqlı tarixi- VİDEO
18 il əvvəl, 1994-cü ilin bu günündə İrlandiya \"Eurovision\" Mahnı Müsabiqəsində üçüncü dəfə qələbə qazanıb. SİA-nın məlumatına görə, bununla da rekorda imza atan İrlandiya mahnı yarışmasına Dublində ev sahibliyi edib. Həmin il qələbəni ölkəsinə Paul Harrington və Charlie McGettigan \"Rock \'n\' Roll Kids\" mahnısı ilə gətirib.


Bundan əvvəl İrlandiyaya qələbə sevincini 1992-ci ildə Linda Martin, 1993-cü ildə isə Niamh Kavanagh yaşadıb. Bu ölkə müsabiqə tarixində 7 dəfə qələbə qazanmaqla qaliblər siyahısına liderlik edir.


Bütün xəbərlər Facebook səhifəmizdə