DATO-nun Bakı konsertində tamaşaçıları hansı sürprizlər gözləyir?

DATO-nun Bakı konsertində tamaşaçıları hansı sürprizlər gözləyir?

İyunun 9-da populyar gürcü müğənni və bəstəkar DATO Bakıda ilk dəfə Heydər Əliyev Sarayında yeni konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, DATO Bakıdakı ilk böyük konsertinə çox ciddi hazırlıq işləri görür. Tamaşaçılara daha əyləncəli, rəngarəng konsert proqramı təqdim etmək məqsədilə müğənni özünü səhnədə müşaiyət etmək üçün populyar "FUSİON" şou baleti gətirəcək.

Bundan əlavə, Sarayda keçiriləcək konsertində 20 mahnı səsləndirəcək DATO Bakı tamaşaçıları üçün böyük sürpriz edərək 3 xüsusi hazırlanmış mahnını azərbaycan və türk dillərində ifa edəcək.

Repertuarında 6 dildən çox mahnı olan DATO, soul , reqqi və latın stillərində oxuyur. Dəfələrlə Gürcustanda "İlin müğənnisi" seçilən DATO, nəfəs alətlərindən başqa bütün musiqi alətlərində ifa etməyi bacarır.

Konsert saat 19:00 başlayır. Biletlər artıq satışdadır. Biletlərin qiyməti 20-60 manat arasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə