Heydər Əliyev Sarayı “Eurovision-2012” ərəfəsində daimi Wİ-Fİ zona ilə əhatə olunacaq
Heydər Əliyev Sarayının 3000 kv.m. sahəsi "Eurovision-2012" ərəfəsində mayın 1-dən daimi Wİ-Fİ zona ilə əhatə olunacaq. Saraydan SİA-ya verilən məlumata görə, ən müasir texniki avadanlıqlarla təchiz edilən və Mədəniyyət müəssisələri arasında bir çox ilklərə imza atan Heydər Əliyev Sarayı daha bir yeniliklə, Saray ərazisində simsiz internetə sərbəst çıxışlı zona yaradaraq öz tamaşaçılarını sevindirəcək.
Mayın 1- dən Heydər Əliyev Sarayının tamaşaçı foyesi (3000 kv.m) Wİ-Fİ zona ilə əhatə ediləcək və Sarayda keçiriləcək tədbir və konsertlər zamanı istənilən şəxs burada pulsuz (free) internetdən istifadə edə biləcək.
Bununla, Heydər Əliyev Sarayının rəhbərliyinin məqsədi yerli tamaşaçılara və böyük əhəmiyyətli "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi müddətdə, ölkəmizə gələcək olan xarici turistlərə beynəlxalq standartlara uyğun, ən yüksək səviyyəli xidmət göstərməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB