Ulduzlar \"Eurovision\"a dəstək verir!

Ulduzlar \"Eurovision\"a dəstək verir!
Bu gün Dənizkənarı Milli Parkda açıq havada Eurovision Mahnı Müsabiqəsi ərəfəsində möhtəşəm konsert keçirilir. SİA-nın məlumatına görə, builki müsabiqənin Azərbaycandakı rəsmi FanKlubunun təşəbbüsü ilə keçirilən konsert proqramının əsas məqsədi yarışma ərəfəsində əhalini müsabiqənin ruhuna kökləmək, müsabiqəyə marağı daha da artırmaqdır.


FanKluba dəstək məqsədilə keçirilən konsertdə Rusiyada yaşayan biznesmen və müğənni Emin Ağalarov, Safura Əlizadə, \"Eurovision-2011\"-in qalibləri Eldar və Nigar, eləcə də digər tanınmış müğənnilər çıxış edib.

19:00-da başlayan konsertdə həmçinin Gürcüstanı \"Eurovision\" Mahnı Müsabiqəsi 2012-də təmsil edəcək Anri Joxadze, Ani Lorak və Diana Qurtskaya kimi ulduzların iştirakı nəzərdə tutulub. Murad Dadaşovun aparıcılığı ilə keçirilən şouya giriş sərbəst olub və iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.


Qeyd edək ki, müsabiqənin Azərbaycandakı rəsmi FanKlubu 2008-ci ildə aprelin 1-də yaradılıb. 2012-ci ilin martın 1-dən bu günə qədər artıq sosial şəbəkələrdə 100.000 nəfərdən çox insanın Fan Kluba qoşulması nəticəaində, klub ölkəmizin beynəlxalq səviyyədə təbliğatı və ev sahibliyi etdiyimiz \"Eurovision-2012\"yə dəstək istiqamətində fəaliyyətini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə