Eurovision ulduzlarının Milli Parkda möhtəşəm konserti olacaq

Eurovision ulduzlarının Milli Parkda möhtəşəm konserti olacaq
Bu gün Eurovision Mahnı Müsabiqəsi 2012-nin Azərbaycandakı rəsmi Fan Klubunun təşəbbüsü ilə Milli Parlkda möhtəşəm konsert proqramı keçiriləcək. Fan Klubdan SİA-ya verilən məlumata, artıq layihənin hazırlıqlarına başlanılıb və dənizkənarı Milli Parkda açıq səma altında səhnə quraşdırılır.

Konsertdə populyar müğənni Emin Ağalarov hit mahnıları ilə bütün \"Eurovision\" fanlarına dəstək olacaq. Həmçinin \"Eurovision\" ulduzları-Gürcüstanın \"Eurovision 2012\" təmsilçisi Anri Joxadze, ölkənin \"Eurovision 2008\"-ci ildəki iştirakçısı Diana Qurtskaya, Ukraynalı müğənni Ani Lorak çıxış edəcək. Tədbirə Azərbaycanın \"Eurovision 2010\" təmsilçisi Safura Əlizadə, \"Eurovision 2011\"in qalibləri Eldar və Nigar, eləcə də digər tanınmış müğənnilər də qoşulacaq. Bu gün həm paytaxt sakinləri, həm də qonaqları Bakıda möhtəşəm şou, xoş əhval-ruhiyyəli konsert gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə