Azərbaycan cazının sədası eurovision.tv-də

Azərbaycan cazının sədası eurovision.tv-də

Aprelin 30-da Paris və Yeni Orleanda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi UNESCO ilə birlikdə Beynəlxalq Caz Günü qeyd ediləcək. Bu münasibətlə aprelin 27-dən başlayaraq UNESCO-nun mənzil iqamətgahında silsilə konsertlərə start veriləcək. Beynəlxalq Caz Günü ərəfəsində Eurovision Mahnı Müsabiqəsi 2012-nin İşçi Qrupunun Azərbaycan jazı haqqında xüsusi reportajı eurovision.tv-də yayımlanıb.


SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, reportajda Azərbaycan cazının inkişafında xüsusi rolu olan sənətkarlar yada salınır, onun özünəməxsusluğu, muğam-caz janrının ən gözəl nümunələri dünyaya tanıdılır. UNESCO-nun xoşməramlı səfiri Herbi Henkok, Al Jarreau və digər caz korifeylərinin paytaxtımıza səfərlərindən söhbət açılır.


Bütün xəbərlər Facebook səhifəmizdə