Belarus təmsilçilərinin favoritləri kimlərdir?

Belarus təmsilçilərinin favoritləri kimlərdir?

\"Müsabiqədə ifa edəcəyimiz \"We Are The Heroes\" mahnımız mübarizədə təslim olmayan insanlara həsr edilib. Bu mahnı özümüzə həsr olunub\". SİA-nın məlumatına görə, bu fikirləri Belarusun Eurovision 2012 təmsilçisi \"Litesound\" qrupunun üzvləri esctoday.com-a müsahibələrində bildiriblər.


\"Bakı Kristal Zalı\"nda keçiriləcək 57-ci Eurovision Mahnı Müsabiqəsində təmsil olunacaq bütün mahnıları dinləyən qrupun favoritləri arasında İsveç, İsveçrə və Almaniya iştirakçıları var. \"Eurovision elə bir müsabiqədir ki, hər bir ölkə ən güclü müğənnisini göndərir. Ona görə çox gözəl və mükəmməl şou alınır. Bu müsabiqədə iştirakdan əvvəl də Belarusda kifayət qədər tanınırdıq, indi isə ölkədən kənarda fanat ordumuz var. Hazırda bütün düşüncələrimiz Eurovision hazırlığına yönəlib və maydan sonranı düşünmürük\".


\"Litesound\" qrupunun üzvləri bu illər ərzində Eurovision təmsilçiləri arasında \"ABBA\" qrupunu daima xatırladıqlarını deyiblər.


Müsahibələrinin sonunda çoxsaylı izləyicilərdən dəstək istəyən Belarus təmsilçiləri, \"bizə dəstək olmağı unutmayın\" deyərək ismarıc göndəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə