Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı “Qarabağ marafonu” keçiriləcək- FOTO

Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı “Qarabağ marafonu” keçiriləcək- FOTO

Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı "Qarabağ marafonu" təşkil ediləcək. SİA-nın məlumatına görə, bununla bağlı bu gün mətbuat konfransı keçirlib. "Gənclər Şəbəkəsi Təşəbbüsü" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən marafonun əsas məqsədi Qarabağ probleminin həllinin vacibliyini dünyanın və ölkə cəmiyyətinin diqqətinə çatdırmaqdır.

Tədbirdə çıxış edən İB-nin sədri Ülvi Kazım bildirib ki, belə bir marafon 2005-ci ildə də həyata keçirilib: "3 gün davam edəcək bu ilki marafon isə Zərdab rayonundan başlayaraq Ağdamın Quzanlı kəndinə kimi piyada şəkildə həyata keçiriləcək. Mayın 5-də gənclər təşkilatları ilə birgə ümumi məsafəsi 100 km olan yol qət edilməlidir".

Ü. Kazım onu da qeyd edib ki, bu yürüş vasitəsi ilə ümumi olaraq Azərbaycanın heç vaxt Qarabağla bağlı fikirlərinin dəyişməyəcəyi bütün dünya mediasına və ictimaiyyətinə çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə