Əbülfəs Qarayev: \"İşğal olunan ərazilərdə tarixi abidələrimiz vəhşicəsinə dağıdılır\"

Əbülfəs Qarayev: \"İşğal olunan ərazilərdə tarixi abidələrimiz vəhşicəsinə dağıdılır\"

"Azərbaycanın ermənilər tərəfindən işğal olunan ərazilərində 350-dən çox mədəniyyət abidəsi, qəbiristanlıqlar, ibadətgahlar qalıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.


"Bu gün işğal olunan ərazilərdə qalan abidələrin vəziyyətinə nəzarət edə bilmirik, bu bizim ağrılı yerimizdir. İşğal olunmuş ərazilərdə tarixi Azərbaycan abidələri kobud şəkildə, vəhşicəsinə dağıdılır, hətta onlara qarşı dini baxımdan hörmətsizlik edilir. Bunu keçirilən bütün beynəlxalq konfranslarda dünya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır",- deyə nazir bildirib.


Ə. Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində ölkədəki tarixi abidələrin bərpa olunduğunu xatırladıb: "İçərişəhər qoruğu artıq dünya üçün bir nümunədir. Bu göstərir ki, müasir, inkişaf edən böyük şəhərin içində mədəni irisin qorunub saxlanması mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə