Səbinə Babayeva Belçika təmsilçisi İrisin albomunun təqdimatında çıxış edib
Səbinə Babayeva Belçikanın "Eurovision 2012" təmsilçisi İrisin albomunun təqdimatında çıxış edib. SİA-nın məlumatına görə, azərbaycanlı müğənni müsabiqədə ifa edəcəyi mahnını – məftunedici "When the Music Dies" balladasını ifa edib. Səbinə və İris birlikdə səhnəyə qalxıb. Azərbaycan nümayəndəsi İrisi albomunun çıxması münasibətilə təbrik edib və Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində uğurlar arzu edib. Müğənnilər həmçinin mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Yeri gəlmişkən, Belçikada olarkən Səbinə bu ölkənin daha bir "Eurovision" iştirakçısı – 2011-ci ildə Osloda keçirilmiş müsabiqədə Belçikanı təmsil edən Tom Daysla tanış olub. İfasından sonra Səbinə Belçikanın VTR telekanalının nümayəndələrinə, aparıcı kütləvi informasiya vasitələrinə və gənc jurnalistlərə müsahibə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB