Ukrayna təmsilçisinin səsi yenə batıb

Ukrayna təmsilçisinin səsi yenə batıb

Ukraynanın "Eurovision-2012" təmsilçisinin səsi yenə də batıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qaradərili ukraynalı müğənni bütün konsertləri təxirə salıb və müsahibələr vermir.

Məlumat üçün bildirək ki, Qaytananın bu halla qarşılaşması ilk dəfə deyil. Müğənni milli finalda qalib olandan sonra da səs telləri ilə bağlı problemlər yaşayıb. Müsabiqə öncəsi Qaytana xüsusi prosedurlara da gedir, amma nəticə barədə hələlik heç nə deyilmir.

Qeyd edək ki, müğənni bir müddət əvvəl də səs tellərində yaranan problemə görə əməliyyat olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə