\"Eurovision- 2012\" ilə əlaqədar Azərbaycana 2 yeni turist vaqonu gətiriləcək
Bu ilin ilk rübündə Azərbaycan dəmir yollarının I kvartalında yükdaşımaların sayında 6% artım müşahidə olunub. SİA-nın məlumatına görə, bunu \"Azərbaycan Dəmir Yolları\" QSC-nin sədri Arif Əsgərov bildirib.
O qeyd edib ki, sərnişindaşımalar ötən ilin birinci rübü ilə eyni səviyyədədir: \"Hazırda Ukraynanın Dnepropetrovsk şəhərinə 50 vaqon əsaslı təmir olunub və may ayından başlayaraq Azərbaycana gətiriləcək\".
A.Əsgərov onu da vurğulayıb ki, son illərdə Azərbaycan dəmir yol işçiləri 160-dan çox mənzillə təmin olunub. Bu il də QSC imkanları çərçivəsində işçilərini evlə təmin edəcək.
\"Eurovision- 2012\" mahnı müsabiqəsi ərəfəsində Azərbaycana 2 yeni turist vaqonu gətiriləcək. Bununla yanaşı, Azərbaycanda yeni informasiya mərkəzləri də təşkil olunub. Əcnəbi qonaqlar qəbul ediləcək və onların maarifləndirilməsi həyata keçiriləcək\"-, deyə sədr əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB