Tahir Məmmədov: "“Eurovision-2012” mahnı müsabiqəsində təmsil olunacaq dövlətlərin nümayəndələrini Bakıda məmnuniyyətlə gözləyirik"
"Öz məşəlini alovlandır!"
"Eurovision" mahnı müsabiqəsinin çox vacib, önəmli, spesifik tərəflərindən biri də layihədə çoxlu sayda ölkələrin iştirakıdır. Layihə çoxlu xalqların, mədəniyyətlərin bir araya gəldiyi bir layihədir.
SİA-nın məlumatına görə, bu sözləri AzərTAc-a müsahibəsində "Eurovision-2012" mahnı müsabiqəsinin ictimaiyyətlə əlaqələr və kommunikasiya rəhbəri Tahir Məmmədov deyib.
Bildirilib ki, "Eurovision-2012" mahnı müsabiqəsində iştirak edəcək 42 dövlətin nümayəndələrinin qarşılanması, yerləşdirilməsi ilə bağlı artıq bütün qərarlar verilmişdir və bu sahələrdə işlər plan üzrə gedir. Artıq inamla deyə bilərik ki, mərhələnin böyük bir hissəsi arxada qalıb. May ayının birinci yarısından etibarən onlar Bakıya gəlməyə başlayacaqlar.
T.Məmmədov nümayəndələrin hər birinin ölkəmizə səfərindən və Bakıda keçiriləcək mahnı müsabiqəsindən razı qalacaqlarına inamını ifadə edib. Nəzərə çatdırılıb ki, nümayəndə heyətləri artıq qalacaqları otelləri də müəyyənləşdiriblər. Təklif olunmuş şəhərimizdəki çoxsaylı otellər onlara çox sərbəst və geniş seçim imkanı yaratıb. Nümayəndələr öz arzularına, standartlarına uyğun otellər seçiblər. Hər bir nümayəndə heyətindən aldığımız rəy bundan ibarətdir ki, onlar seçdikləri yerdən, oteldən, Azərbaycan paytaxtındakı ab-havadan çox razıdırlar.
"Eurovision-2012" mahnı müsabiqəsinin ictimaiyyətlə əlaqələr və kommunikasiya rəhbəri bu rəyi nümayəndə heyətləri rəhbərlərinin mart ayında keçirilmiş toplantısında bildirdiklərini diqqətə çatdırıb. İnanırıq ki, onların hər biri Bakıda özünü öz evindəki kimi hiss edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB