Səbinə Babayeva çağırış etdi

Azərbaycanın bu ilki təmsilçisi Səbinə Babayeva bütün Avropaya müraciət edib. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, Səbinə Babayeva escxtra.com vasitəsi ilə hər kəsi Bakıya çağırıb. \"Azərbaycana xoş gəlirsiniz və sizləri Bakıda görməkdən məmnun olacağıq. Hamınızı Bakıda görmək istəyirik\" - deyə təmsilçimiz bildirib.


Səbinə müsahibəsində Azərbaycanın Eurovision 2012-yə hazırlıqlarından da söz açıb. O, ölkəmizin bu müsabiqəyə ev sahibliyi etməsindən qürurlandığını ifadə edib. \"Biz xoşbəxtik ki, bu mötəbər müsabiqə məhz Azərbaycanda keçiriləcək. Yarışmanın ölkəmizdə baş tutması bizim üçün böyük şərəf və xoşbəxtlikdir. Müsabiqənin yüksək səviyyədə keçiriləcəyinə inanırıq və bunun üçün bütün lazımi işlər həyata keçirilir\".


Bütün xəbərlər Facebook səhifəmizdə