Belarusun tanınmış opera rejissoru Opera və Balet Teatrına dəvət edilib

Belarusun tanınmış opera rejissoru Opera və Balet Teatrına dəvət edilib

Aprelin 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin "Toska" operasının tamaşası keçiriləcək. Bu barədə SİA-ya teatrdan məlumat verilib. Tamaşada əsas partiyalardan biri – Toska partiyasını ilk dəfə ifa edəcək gənc və istedadlı vokalçı Çinarə Şirini tamaşaya hazırlamaq üçün Opera Teatrının rəhbərliyi tanınmış opera rejissoru Marqarita İzvorska-Elizaryevanı Bakıya dəvət edib. M.İzvorska-Elizaryeva Belarus Dövlət Musiqi Akademiyasının professoru, sənətşünaslıq doktoru, Belarusun Əməkdar İncəsənət Xadimi, Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının rejissorudur.

Tamaşanın dirijoru Belorus Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Ukraynanın Əməkdar Artisti, professor Viktor Ploskinadır. Teatrdakı fəaliyyəti ilə yanaşı V.Ploskina bir çox ölkələrdə - Almaniya, İspaniya, Hollandiya, Belçika, Finlandiya, Yaponiya, İtaliyada qastrol səfərlərində olub.

Tamaşada Kavaradossi partiyasını isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəvət olunmuş solisti, Gürcüstanın Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə