Anri Joxadze \"Bakı Kristal Zalı\"nı ziyarət edən ilk təmsilçi oldu

Anri Joxadze \"Bakı Kristal Zalı\"nı ziyarət edən ilk təmsilçi oldu

Azərbaycanın ev sahibliyi etdiyi Eurovision Mahnı Müsabiqəsi 2012-nin keçiriləcəyi \"Bakı Kristal Zalı\" builki yarışma təmsilçilərinin maraq dairəsindədir. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, şəhərimizin qonağı olan Gürcüstan təmsilçisi Anri Joxadze (Anri Jokhadze) bu arzunu gerçəkləşdirən ilk iştirakçıdır. Anri \"Bakı Kristal Zalı\"nı ziyarət etdikdən sonra Xəzər dənizi sahilində inşa olunan bu möhtəşəm binaya heyranlığını dilə gətirib: \"Mən bu məkanda möhtəşəm şounu səbrsizliklə gözləyirəm…\"


Məlumat üçün bildirək ki, Anri Bakıya səfəri ərəfəsində Maltalı həmkarı Kurt Kalleya ilə görüşüb. Tanıtım turu çərçivəsində Gürcüstana səfər edən Kurt, Anri ilə eyni klipə də çəkilib.


Qeyd edək ki, Anri Eurovision Mahnı Müsabiqəsi 2012-də mübarizəyə mayın 24-də keçiriləcək ikinci yarımfinalda qoşulacaq və müsabiqədə \"I’m a Joker\" adlı mahnıyla çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə