Səhnəmizin Gəray bəyinin 74 yaşı tamam olur

Səhnəmizin Gəray bəyinin 74 yaşı tamam olur

Bu gün Azərbaycan kinosu və teatrında çoxsaylı yaddaqalan obrazlar müəllifi Həsənağa Turabovun doğum günüdür. 1938-ci il aprelin 24-də Bakıda anadan olan gözəl aktyor orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnsitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi çalışmağa başlayıb.


Səhnə fəaliyyətinə qədəm qoduğu ilk illərdən H.Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların məharətli ifaçısına çevirilib. Mənfi obrazları da ustalıqla yaradan istedad sahibini tamaşaçılara sevdirən Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov və Adil İsgəndərov kimi qüdrətli sənətkarlarla uğurlu tərəf müqabili olması idi.


Teatr səhnəsində yaratdığı Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər"), Xəyyam ("Xəyyam") kimi rolları ilə yanaşı, "Axırıncı aşırım" (Xəlil), "Ürək... Ürək..." (Murad), "Sevinc Buxtası" (Əlizadə), "Çarvadarların izi ilə" (Adil), "Qəm Pəncərəsi" (Mirzə Cəlil və Cəlilin atası) və s filmələrdəki obrazları da yaddaşlara əbədi həkk olunub.


Aktyor və rejissor H.Turabov 2003-cü il fevralın 23-də 65 yaşında dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə