Kitablardan biri "Akademik Şəfayət Mehdiyev - dünya şöhrətli alim", digəri isə "Əhməd Mahmudov-iqtisad elminin korifeyi" adlanır. Dünyada yeganə olan Miniatur Kitab Muzeyinin yaradıcısı Zərifə Salahova bundan sonra da muzeyin zənginləşməsi üçün əlindən gələni əsirgəməyəcəyini deyib.
Onun sözlərinə görə, kitablar ilk vaxtlar yalnız 25 vitrində nümayiş olunurdusa, indi 37 vitrində nümayiş olunur: "Bu 10 ildə muzey xeyli böyüyüb". Hazırda muzeydə nümayiş olunan ən kiçik ölçülü kitab 2mm-dir. Yaponiyada çap olunan bu kitablardan muzeydə 3 ədəddir. Ən böyük ölçüyə malik kitab isə 100 mm-dir.
Xatırladaq ki, dünyanın 73 ölkəsindən çap olunan 5,215 miniatür kitab nümayiş olunan muzey 2002-ci ilin aprelin 23-də açıq elan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB