Azərbaycanda əsərlərin və müəlliflərinin elektron məlumat bazası yaradılıb

Azərbaycanda əsərlərin və müəlliflərinin elektron məlumat bazası yaradılıb
Qeydiyyatdan keçirilmiş əsərlər və onların müəllifləri (hüquq sahibləri) haqqında Müəllif Hüquqları Agentliyində elektron məlumat bazası yaradılıb. SİA-nın verdiyi məlumata görə, MDB məkanında Azərbaycan əsərlərin qeydiyyatı sisteminin tətbiq edildiyi ilk ölkələrdən biridir.

İndiyədək agentlikdə 8 mindən çox əsər və əlaqəli hüquq obyektləri qeydiyyatdan keçirilib. Bununla yanaşı, agentlik tərəfindən rəqəmli "Folklor" elektron kitabxanası yaradılıb. Folklor üzrə rəqəmli kitabxanada musiqili folklor və memarlıq əsərlərinə dair nümunələr toplanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə