Araş əkiz oğul atası oldu

Azərbaycanın "Eurovision 2009" təmsilçisi Aysellə birgə müsabiqədə duet oxuyan və ölkəmizə 3-cülük sevinci yaşadan Araş əkiz atası olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bazar günü İsveçin Malmö şəhərindəki xəstəxanalardan birində onun həyat yoldaşı əkiz oğlan uşaqları dünyaya gətirib.


Uşaqlar vaxtından 3 həftə tez dünyaya gəlsələr də səhhətləri normaldır. Bununla bağlı Araş sevincini jurnalistlərlə bölüşün: "Keçən il Behnaz ilə ailə quranda məndən nə istədiyimi soruşdular. Dedim ki, bir oğlan və əkiz qız istəyirəm. Oğlanın ikisi birdən oldu".


Qeyd edək ki, Araş oğlanlarına Darian və Donya adları qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə