Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzv təşkilatı olan Bakı Gənclər Klubu İctimai Birliyi "Eurovision-2012" yarışması üçün bələdçilərin hazırlanması və yaranmış imkandan turizmin inkişafına dəstək kimi istifadə edilməsi adlı layihənin icrasına başlayıb.
Bu barədə SİA-ya açıqlama verən İB-nin sədri Azər Cavadov layihənin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirildiyini bildirib: "2012-ci ildə "Eurovision" yarışması Bakıda keçiriləcək. Buna görə də bu sahəyə diqqətin artırılmasının nə qədər vacib olduğu xüsusi ilə nəzərə alınmalıdır. Çünki bu yarışma ilə yanaşı biz Azərbaycanı gələn xarici qonaqlara turizm ölkəsi kimi də tanıtmalıyıq. Bu imkanlar Azərbaycanda çox yüksəkdir. Biz xarici dilləri yüksək səviyyədə bilən gənclərimizdən ibarət 20 nəfərlik qrup təşkil edəcəyik və mütəxəssislər tərəfindən bu gənclər bələdçi kimi hazırlanacaq. Burada bələdçi qaydaları ilə yanaşı, tariximiz, mədəniyyətimiz, kulinariyamız, abidələrimiz haqqında onları məlumatlandırılacaq. Bakı şəhərlərində turist marşrutları seçiləcək. Buraya tarixi abidələrimiz, ticarət, kulinariya mərkəzləri və şəhərlərimizin görməli yerləri daxil ediləcək. Bu marşrutlar üzərində olacaq hər bir obyekt haqqında bilgilər veriləcək və öyrədiləcək. Çalışılacaq ki, hazırlanmış bələdçi Yarışma zamanı Bakımıza gələn qonaqlara Azərbaycanın həm də turizm diyarı kimi də əlverişli və rəngarəng olduğunu izah etsinlər\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB