24 ölkə təmsilçisi Amsterdamda

Amsterdamda \"Eurovision 2012\"dən öncə şou həyəcanı yaşanır. SİA-nın məlumatına görə, 24 ölkənin çıxış etdiyi \"Eurovision in Consert\" layihəsinin iştirakçıları birlikdə foto çəkdirib. Tədbirdə Azərbaycan nümayəndə heyəti və Eurovision 2012-dəki təmsilçimiz Səbinə Babayeva da iştirak edir.


Mərasimin açılışını edən Niderlandın Eurovision 2012 təmsilçisi Joan Franka bu görüşü səbirsizliklə gözlədiyini bildirib. O, builki Eurovision Mahnı Müsabiqəsi ilə bağlı fikirlərini belə ifadə edib: \"Bu, müxtəlif üslubda mahnıların səsləndiyi gözəl bir festivaldır. Ona görə də mən heç bir şou iştirakçısına rəqib kimi baxmıram\".



Bütün xəbərlər Facebook səhifəmizdə