Eldar Qasımov və Kurt Kalleyadan birgə layihə

Eldar Qasımov və Kurt Kalleyadan birgə layihə
Maltanın \"Eurovision 2012\" təmsilçisi Kurt Kalleya (Kurt Calleja) müsabiqədən sonrakı planlarını açıqlayıb. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, Kurt Kalleya yayda dinləyicilərə \"This is The Night\" mahnısının müəllifləri ilə birlikdə yeni mahnı təqdim edəcək.


Maltalı musiqiçinin planları arasında diqqətçəkən layihələrdən biri də Eurovision Mahnı Müsabiqəsi 2011-in qaliblərindən biri, eləcə də builki yarışmanın aparıcılarından olan Eldar Qasımovla birgə yeni videoklipin çəkilişləridir. Eldar Qasımov ideyanın may ayındakı şoudan sonra həyata keçiriləcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə