Anri Joxadze Bakıda tanıtım turundadır

Anri Joxadze Bakıda tanıtım turundadır

Gürcüstanın \"Eurovision- 2012\"dəki təmsilçisi Anri Joxadze (Anri Jokhadze) Bakıda səfərdədir. May ayındakı şou ərəfəsində şəhərimizə gələn Anri Eurovision Mərkəzində olub. Eurovision.az saytına müsahibə verən Gürcüstan təmsilçisi Bakıda özünü doğma insanların əhatəsində hiss etdiyini deyib.


SİA-nın adıçəkilən sayta istinadən verdiyi məlumata görə, təmsilçi bunları deyib: \"Bakıdakı Eurovision şousu mənim üçün fərqli olacaq. Çünki burada çox qəribə bir məqam var. Gürcüstandan və Azərbaycandan ən yaxın dostlar məhz builki şouda iştirak edəcəklər. Mən Səbinə Babayevanın Azərbaycandakı milli seçimlərdə qalib gəldiyini eşidəndə heyrət içində idim. O da həmçinin. Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012 hazırlıqlarına gəlincə, sizin təşkilatçılığınıza söz ola bilməz.\"


Anri Joxadze builki müsabiqədə Azərbaycanın, Albaniyanın və Ukraynanın mahnılarını daha çox bəyəndiyini də bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə