Türkiyə Səfirliyinin 23 aprel uşaq bayramı hədiyyəsi

Türkiyə Səfirliyinin 23 aprel uşaq bayramı hədiyyəsi
Bakıda 23 aprel uşaq günü ərəfəsində Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunan "Oyun"Uşaq Teatrı"nın qastrolu davam edir. SİA-nın məlumatına görə, ibtidai sinif şagirdlərinə ünvanlanan tamaşalar 149, 262 saylı məktəblərdə oynanılıb.


Sahil qəsəbəsində zehni xəstə uşaqlara "psixodrama-art terapiya" həyata keçirilib.Teatrın bədii rəhbəri, pedaqoq, rejissor Rasim Aşının oynadığı "Sizə salam gətirmişəm" adlı tamaşa aprelin 27-ə qədər davam edəcək. Bu tamaşalar Türk dünyası anlayışını, Türkiyə-Azərbaycan adət-ənənələrini, gündəlik yaşayışlarındakı davranış formalarını, qardaş xalqların "Bir Millət İki Dövlət" olmasının özəlliklərini, ortaq türk dili ideyasını Azərbaycan-Türkiyə nağıllarının bənzərlikləri vasitəsi ilə Azərbaycanda və Türkiyədə yaşayan 5-10 yaş qrupu uşaqlarına anlatmaq, onların rəğbətini qazanmaq, gələcəyə daha sağlam körpülərin atılmasını təmin etmək üçün maarifləndirici məqsədləri hədəfləməkdədir.


Hər sinfə aid oyun əsasında göstəriləcək pulsuz qastrol proqramının gələcək illərin payız-qış və yay aylarında da Gəncə, Şəki şəhərlərində keçirilməsi gözlənilir.


Qeyd edək ki, "OYUN Uşaq Teatrı" vaxtı ilə Mədəniyyət və Turizm Nazirliyi, "Y U Ğ \" Dövlət Teatrının bədii rəhbəri Vaqif İbrahimoğlunun səyi və təklifi ilə quruluşçu rejissor Rasim AŞIN tərəfindən Uşaq Teatr Araşdırmaları Laboratoriyası kimi fəaliyyətə başlayıb və 2005-ci ildə laboratoriyanın nəzdində "İQRA" (OYUN) adı ilə tamaşa hazırlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə