Avroviziyanın Azərbaycandakı rəsmi Fan Klubu "Ruhunu bizimlə alovlandır" sloqanlı yeni avtobus turuna start verir. SİA-nın verdiyi xəbərə görə, Avroviziyanın Azərbaycandakı Rəsmi Fan Klubu Qaradağ rayonu İcra Hakimiyyətinin dəstəyi ilə 20 aprel tarixində avtobus turu çərçivəsində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkının qarşısında konserti təşkil edəcək. Konsertin təşkil olunmasının əsas məqsədi Avroviziyanın keçirilməsinə çox az qalmış bir müddətdə regionlarda və rayonlarda insanlarda müsabiqəyə qarşı marağı daha da artırmaq və xatırlatmaqdır. Konsert populyar şoumen Murad Dadaşovun aparıcılığı və bir sıra məşhur yerli estrada müğənnilərin ifası ilə keçiriləcək. Konsertdə həmçinin Fan Klubun rəsmi DJ-i olan DJ China`nın da iştirak etməsi nəzərdə tutulub.
Açıq havada keçirilən konsert proqramı saat 19:00-da başlayacaq və bir neçə saat davam edəcək. Konsertin başlamasından bir neçə saat əvvəl Fan Klub üzvləri, aktivistlər və gənclər Bakı Biznes Mərkəzinin qarşısından Eurovision loqosu, bayraqları ilə bəzədilmiş avtobuslarda Qaradağ rayonu istiqamətinə hərəkət edəcəklər.
Qeyd edək ki, bu tur müxtəlif tarixlərdə respublikanın digər rayonlarında da keçiriləcək. Avroviziyanın Azərbaycandakı Fan Klubu rəsmi olaraq 1 aprel 2008-ci il tarixində yaradılıb və hal-hazırda tam qüvvə ilə ölkəmizin beynəlxalq səviyyədə təbliğatı və ev sahibliyi etdiyimiz Avroviziya 2012-yə dəstək istiqamətində fəaliyyətimizi davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB