Bu vaxtadək heç bir musiqi yarışmasına qatılmayan Pastora Soler şansını ilk dəfə Eurovision Mahnı Müsabiqəsində sınayacaq. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, ballada və ənənəvi ispan musiqisinin mahir ifaçısı bu yarışmadakı \"Quédate Conmigo\" mahnısını ingilis dilində yazdırmaq istədiyini bildirib.
Hazırda mahnının remix versiyası üzərində iş gedir. Pastora Soler ötən ilki Eurovision Mahnı Müsabiqəsini böyük həyəcanla izlədiyini bildirib. Düsseldorf şousundakı bütün çıxışların heyranedici olduğunu söyləyən müğənni müsabiqədən zövq aldığını söyləyib. Builki müsabiqə mahnılarının səviyyəsini yüksək qiymətləndirən Pastora Soler İsveç, Sloveniya, İtaliya və Danimarkanın mahnılarını favoritlər siyahısında görür. İspaniyanın Eurovision 2012 təmsilçisi dünya ulduzlarından Celine Dion və Barbra Streisandın sənətindən təsirləndiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB