Jurnalistlərin \"Eurovision-2012\"dəki akkreditasiyası başa çatdı
Jurnalistlərin \"Eurovision-2012\" mahnı müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçmə vaxtı bu gün yekunlaşıb. SİA-nın məlumatına görə, müsabiqəni yalnız akkreditasiyadan keçmiş yerli və xarici media nümayəndələri işiqlandıra biləcək.
Məlumat üçün bildirək ki, akkreditasiya sistemi fevralın 15-də başlamışdı. Bu proses ənənəvi olaraq www.eurovision.tv saytında Eurovision Family Accreditation System (EFAS) vasitəsi ilə həyata keçirildi. Qeydiyyat bu gün də davam edib.
Akkreditasiya sistemi başa çatdıqdan sonra qeydiyyatdan keçən jurnalistlərə təsdiq \"e-mail\"ləri göndəriləcək. Qeydiyyatdan keçmiş jurnalistlər vəsiqələrini şou ərəfəsində Mətbuat Mərkəzində yerləşən Akkreditasiya Mərkəzindən əldə edə biləcəklər.
Qeyd edək ki, Mətbuat Mərkəzi \"Bakı Kristal Zalı\" yaxınlığında inşa edilib. Sahəsi 5000 kv.m olan Mətbuat Mərkəzinin tikintisi artıq başa çatıb. Burada akkreditasiyadan keçən yerli və xarici jurnalistlərin rahat işləməsi üçün geniş imkanlar, o cümlədən yüksək sürətli internet və 775 nəfərlik kafe yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB