Səbinə Babayeva \"When the Music Dies\" mahnısını dostu Anrinin müşayiəti ilə ifa etdi
Azərbaycanın bu ilki təmsilçisi Səbinə Babayeva Gürcüstanın bu yarışmadakı iştirakçısı Anri Joxadze (Anri Jokhadze) ilə görüşüb. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, dostlar ötən illərdə yazdırdıqları duetlərindən bir neçə bənd oxuyublar. Görüşün ən yaddaqalan məqamlarından biri isə Səbinə Babayevanın müsabiqəki \"When the Music Dies\" mahnısını dostu Anrinin müşayiəti ilə ifa etməsi olub. Təmsilçimiz 57-ci Eurovision Mahnı Müsabiqəsi zamanı tamaşaçılardan Anriyə dəstək istəyib.
Qeyd edək ki, Səbinə və Anri 1999-cu ildə \"Slavyan bazarı\" müsabiqəsində tanış olub və çox qıza zamanda dostlaşıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB