İyunun 9-da populyar müğənni və bəstəkar DATO Bakıda ilk dəfə Heydər Əliyev Sarayında yeni konsert proqramı ilə çıxış edəcək. Saraydan SİA-ya verilən məlumata görə, repertuarında 6 dildən çox mahnı olan DATO, soul , reqqi və latın stillərində oxuyur. Dəfələrlə Gürcüstanda "İlin müğənnisi" seçilən DATO, nəfəs alətlərindən başqa bütün musiqi alətlərində ifa etməyi bacarır.
Konsert saat 19:00 başlayır. Biletlər artıq satışdadır. Qiymətlər 20-60 manat arasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB